İnterpress.az-ın xəbərinə görə, bunu parlamentin sədri Oqtay Əsədov bu haqda məlumat verib.
Spiker deyib ki, Milli Məclis 10 iclasda 195 qanun və qərar qəbul edilib.
“Milli Məclis, cənab prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın əsasları və strateji yol xəritələrinin hazırlanması, həyata keçirilməsi ilə bağlı olaraq öz köməyini ifadə edib. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak ediblər. Bu il həmçinin biz, 2 beynəlxalq təşkilatda öz iştirakımızı bərpa etdik. Sessiya ərzində 24 ölkəyə 50-dən çox nümayəndə heyəti səfər etdi.
Deputatlar bir çox ölkələrin parlament, prezident seçkilərində iştirak etdilər. Bu sessiyada 40-dan çox ölkənin 50-yə yaxın nümayəndə heyəti Azərbaycana təşrif buyurdu. Biz Milli Məclisdə 2 mühüm tədbir keçirdik”.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan 2016-cı ili uğurla başa vurub.
“Xalqın maraqları və tələbləri üzərində qurulan siyasətə görə, cənab prezidentə hamımızın adından minnətdarlıq bildirirəm. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə, cənab prezidenti və ailə üzvlərini səmimi qəlbdan təbrik edirik. Dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzu edirik”.