İnterpress.az xəbər verir ki, qadının yaralı halda yerdə uzandığı anın fotolarını Reuters agentliyi çəkib. İnsident Qüds ilə İordaniya arasındakı Kalendiya hərbi nəzarət məntəqəsi ərazisində baş verib. İsrail polis orqanlatının sözçüsü Mik Rosenfeld qadının bıçaqlı hücuma cəhd göstərdiyini və bu zaman vurulduğunu açıqlayıb. Yaralanan qadın həbs edilib. Fələstin tərəfi hələlik hadisə ilə bağlı heç bir bir açıqlama verməyib.
İnterpress.az