İsmail Kahraman əməliyyat olundubackend

İsmail Kahraman əməliyyat olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ bildirib.

Paytaxt Ankaradakı \”Güvən\” xəstəxanasında keçirilən cərrahiyə əməliyyatı 5 saat davam edib. Həkimlər deyiblər ki, əməliyyat uğurla başa çatıb və parlament sədrinin durumu hazırda normaldır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatdan sonra İ.Kahramana baş çəkib. Xanımı Əminə Ərdoğanla birlikdə xəstəxanaya gedən R.T.Ərdoğan parlament sədrinin durumu haqqında məlumat alıb.

Xatırladaq ki, İ.Qəhrəmanın səhhətində problem yarandığından dünən xəstəxanaya yerləşdirilib.

İnterpress.az