Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.
“Güman edirik ki, qətnamə üzrə səsvermə dekabrın 31-də baş tutacaq”, deyə V.Çurkin bildirib.
Bundan əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasında Suriya üzrə qapalı görüşün keçirilməsini təklif etmişdi.
Qeyd edək ki, ötən gün Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub. ( apa )
İnterpress.az