İnterpress.az xəbər verir ki, hadisə dünən saat 13.00 radələrində Ləkçılpaq kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Sadıq Həmidova məxsus, ümumi sahəsi 260 kvadratmetr olan, 4 otaqlı evdə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.
Mənzilin 90 kvadratmetr olan iki otağı içindəki əşyalarla birgə yanıb. Qalan hissə yanğından mühafizə olunub. İki ailənin yaşadığı evdə baş verən hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az