İnterpress.az-ın Apa-ya istinadən məlumatına görə, Hacıqabul rayonu Nəvahi kənd sakini, 1979-cu il təvəllüdlü Baxşıyev Nüsrət Qubad oğlu özünü yaşayış evinin həyətində yerləşən yardımçı tikilidən asıb.
Onun asılmış meyiti gecə saat 3.00 radələrində yaxınları tərəfindən aşkar edilib.
Mərhumun 3 azyaşlı uşağı var. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.
İnterpress.az