İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Respublika Daxili İ.lər Nazirliyinin məlumatına görə, bir gecə ərzində ümumilikdə 650 maşın yandırılıb.
\”Bu ildə növbəti dəfə yandırılmış avtomobillərin miqdarı göstərir ki, bu fenomen, nə qədər də qəbuledilməz olsa da, mövcud olmaqda davam edir. 650 maşın yandırılıb, ötən il bu rəqəm 602 idi\”, – deyə Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.
Bununla belə, nazirlik vurğulayıb ki, bu xoşagəlməz tendensiya bütovlükdə azalmağa doğru gedir. \”Son beş ildə yandırılmış avtomobillərin miqdarı 20 faiz azalıb\”, – deyə nazirlikdən bildirilib.
İnterpress.az