İnterpress.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Rustavi şəhərində qeydə alınıb.
BMW markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və abidəyə çırpılıb.
Güclü zərbənin təsirindən avtomobildə yanğın baş verib. Nəticədə maşında sıxılmış vəziyyətdə qalan 5 nəfər yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az