İnterpress.az xəbər verir ki, bu barədə \”TASS\” agentliyi krallığın Daxili İşlər Naziriyinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 05:30-da həbsxanaya 5 silahlı hücum edib. Polis əməkdaşları ilə silahlılar arasında baş vermiş atışmada 1 asayiş keşikçisi öldürülüb. Daha bir polis əməkdaşı isə ağır yaralanıb.
Atışmadan sonra terrorçuluğa görə azadlıqdan ömürlük məhkum edilmiş 10 məhbus həbsxanadan qaçıb. Krallığın daxili işlər nazirinin göstərişi ilə hadisənin təhqiqatını aparmaq üçün xüsusi komitə yaradılıb.
İnterpress.az