İnterpress.az xəbər verir ki, turnirdə millimiz ilk oyununu İslandiya komandasına qarşı keçirib. Komandamız beynəlxalq turnirə qələbə ilə başlayıb – 3:1.
Baş məşqçi Fərid Cəlilovun rəhbərlik etdiyi komandamız ardıcıl iki oyunda Lüksemburq və Almaniya yığmalarına 2:3 hesabı ilə məğlub olub.
Hesabında 7 xal olan Lüksemburq millisi yarışın qalibidir. Almaniya millisi 6 xalla gümüş, Azərbaycan isə 5 xalla bürünc medala sahib olub. İslandiya voleybolçuları yarışı sonuncu pillədə başa vurublar.
İnterpress.az