“Azərbaycanlı qızın ölümünə sevinənlər həbs olunsun” – Təklifbackend

“Azərbaycanlı qızın ölümünə sevinənlər həbs olunsun” – Təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bununla bağlı xəbər yayıldıqdan sonra sosial şəbəkələrdə terror qurbanı olan xanım haqqında xoşagəlməz ifadələr işlədilib. Yazılan şərhlərdə xanımın cənazəsinin dəfn edilmək üçün vətəninə gətirilməsi qınanılır, onun terror olan gecə klubunda olması müxtəlif şəkildə yozulur.
Tanınmış yazar Şahin Cəfərli öz facebook səhifəsində azərbaycanlı qızın ölümünə bu cür reaksiya verənləri qınayıb: “İstanbuldakı terrorda ölən azərbaycanlı qız haqqında xəbərə iyrənc rəylər yazanlar DTX-ya profilaktik söhbətə dəvət edilməlidir. Ümid edirəm, ictimai-siyasi fəalların yazılarının monitorinqini aparanlar bu məsələyə də diqqət yetirəcək”.
Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlham İsmayıl isə sosial şəbəkədə yayılan bu fikirlərə münasibət bildirib: “Bu düşüncənin sahiblərinə profilaktika yetərli deyil. Dövlətin, millətin bu gününə, yaxın gələcəyinə potensial təhlükə kimi daim nəzarətdə saxlanmalı, yeri gəldikcə ifşa edilməli, profilaktika məqsədinə çatmayanda, rəsmi çəkindirmə qərarı elan edilməli, yetərli olmazsa.., sonunda həbs olunmalıdırlar”.

Interpress.az