İnterpress.az xəbər verir ki, İstanbulda baş verən terror hadisəsindən sonra NATO-nun Brüsseldəki qərargahının qarşısındakı bayraqlar yarıya qədər endirilib.
NATO Türkiyəni dəstəklədiyini göstərmək üçün binanın qarşısındakı bayraqları yarıya qədər endirib. Hücumu sosial mətbuatda qınayan və Türkiyəni dəstəklədiyini vurğulayan NATO baş katibi Jens Stoltenberq bayraqları yarıya qədər endirməyi təklif edib. Bu təklifdən sonra qərargahın qarşısındakı bayraqlar yarıya qədər endirilib. Bayraqlar iki gün bu formada qalacaq.
Qeyd edək ki, Atatürk hava limanındakı hücumdan sonra da NATO qərargahın qarşısındakı bayraqları yarıya qədər endirmişdi.
İnterpress.az