DİN-dən ötən gün meyitləri tapılan əcnəbilər barədə açıqlamabackend

DİN-dən ötən gün meyitləri tapılan əcnəbilər barədə açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-dən İnterpress.az-a verilən məlumata görə, yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə onun və həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin üzərlərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb. Onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunur.

Araşdırmalar zamanı evin hamam otağında olan su qızdırıcı qurğunun yanaraq yararsız hala düşməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az