“Avesta konserni” Xəzərdə batdı: milyonçu Nehrəmlinin yeri bilindibackend

“Avesta konserni” Xəzərdə batdı: milyonçu Nehrəmlinin yeri bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Politika.Az-a daxil olan məlumatlarda iddia edilir ki, iş adamı Avropada gizlənir.

Onun Beynəlxalq bank işində kreditləri gecikdirməsi, vitse-prezident istəyini dilə gətirməsi, ümumən İbrahimovların vurulması prosesi xaricdə sığınacaq axtarmasına gətirib çıxarıb. Məlumatda bildirilir ki, Hacı İbrahimi həbs təhlükəsi gözləyir.

Cəmiyyətə özünü Hacı kimi təqdim edən İbrahim İbrahimov bankdan götürdüyü kreditin 430 milyon manat olmasını təsdiqləs də, onun faizlərindən bir kəlmə də danışmadı.

Avesta Konserni” MMC-nin prezidenti indi də Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla ilkin olaraq 3 milyard dollarlıq sərmayə cəlb edilməsi ilə bağlı müqavilə imzalaması haqqında məlumat yayaraq növbəti şirin vədini verirdi.

Bu da yalan çıxdı. Çinli investorlar gəlmədi. Onun ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulsa da, hansısa yolla aradan çıxa bilib.

İnterpress.az