İnterpress.az xəbər verir ki, 6 il birgə yaşadığı həyat yoldaşı Evin Elçin Dənizlini tərk edərək ondan boşanmaq üçün 5 milyon türk lirəsi istəyib. Dənizli bu məbləği ödəmək istəmədikdə isə həyat yoldaşının qardaşları tərəfindən fiziki təzyiqə məruz qalıb.
Türkiyəli mütəxəssis bu barədə deyib: “Heç bir günahım olmadan məni döydülər. Yaşadağım olaylardan sonra psixoloji durumum pozulub. Keçirdiyim qorxunu sözlə ifadə edə bilmirəm. Xahiş edirəm Evin Elçin və qardaşları cəzalansın”.
Qeyd edək ki, Dənizli 2013/2014 mövsümündə “Xəzər Lənkəran”da çalışıb. (qol.az)
İnterpress.az