İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” İtaliya Xüsusi Xidmət Orqanlarına istinadən məlumat yayıb.
Qrupa alban cihadçı Əbu Əbdulla əl-Kosova adı ilə tanın Lavdrim Muhadcerinin rəhbərlik etdiyi bildirilib. Terrorçuların Kosova dövlət orqanlarını və provaslav kilsəsini hədəf alacağı güman edilir.
İtaliyanın “L`Espresso” qəzetinin məlumatına görə, Avropaya daxil olan terrorçuların sayı 400 nəfərə çatır.
Qeyd edilir ki, onlar Suriyadan miqrant qismində köhnə qitəyə daxil olmağı bacarıblar.
İnterpress.az