Bakıda gənc oğlana İŞİD-ə qoşulmaq təklif olunubbackend

Bakıda gənc oğlana İŞİD-ə qoşulmaq təklif olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib.

O.Əhmədov təklifdən imtina edib və dərhal Daxili İşlər Nazirliyinin (DİN) \”102\” zəng mərkəzinə məlumat verib.

O, daha sonra Suraxanı RPİ-ə ərizə yazaraq bildirib ki, 2016-ci il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 000 ABŞ dolları təklif edb.
Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır. (report)

İnterpress.az