İnterpress.az xəbər verir ki, Apa tv-nin məlumatına görə, terror aktını həyata keçirən şəxsin İŞİD üzvləri arasında Əbu Müslim Xorasani ləqəbi ilə tanındığı məlum olub. Gecə klubuna gələnə və ərazidən qaçdıqdan sonra 8 taksi dəyişdirən terrorçunun son kamera görüntüləri Zincirliquyu məzarlığı yaxınlığında qeydə alınıb.
Terror hadisəsi ilə bağlı daha bir məqam həmin gecə klubun qarşısında növbə çəkməli olan 4 polisdən 3-nün hadisə vaxtı ərazidən təsadüfən uzaqlaşmasıdır. Bundan başqa terrorçunun gecə klubuna basqın etməzdən 15 gün əvvəl həyat yoldaşı ilə İstanbula gəldiyi, dekabrın 28-də isə həyat yoldaşını Konyaya göndərdiyi məlum olub.
Türkiyə mətbuatı \”Əbu Müslim Xorasani\”nin gecə klubundan qaçdıqdan sonra mindiyi taksidən sürücünün telefonu ilə \”Yusuf Hoca\” ləqəbli digər bir terrorçuya zəng etdiyini yazır. Polis paralel olaraq \”Yusuf Hoca\”nın axtarışına başlayıb.
İnterpress.azhttps://youtube.com/watch?v=ZQ2pF9DxKSg