Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib ki, yanvarın 6-da çadırların sökülməsi barədə qərar verilib:
\”Bu gün son gündür. Artıq çadırların sökülməsinə başlanılıb\”.
Qeyd edək ki, bayram ərəfəsində paytaxtda yeni il yarmarkalarının keçirilməsi üçün 13 çadır quraşdırılsa da, həmin çadırların 7-si texniki təhlükəsizlik qaydalarına cavab vermədiyi üçün sökülmüşdü. Qalan 6 çadır isə küçələrdəki işıq dirəklərindən elektrik enerjisi götürməmək şərtilə xüsusi elektrik generatorları vasitəsilə işıqlandırılmaqla fəaliyyət göstərirdi.
İnterpress.az