Mürvət Həsənlidən Aslan İsmayılovun ittihamlarına – Cavabbackend

Mürvət Həsənlidən Aslan İsmayılovun ittihamlarına – Cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, şirkətin hüquqlarını müdafiə edən Aslan İsmayılov BakiPost.az-a MÜSAHİBƏsində qalmaqalla bağlı bəzi nüanslara toxunub. O, Mürvət Həsənlini sözügedən Türkiyə şirkətinə verilməli olan 1 milyon 600 min dolları mənimsəməkdə ittiham edib. Bundan əlavə, şirkətin ermənilərə məxsus hissəsinin də türklər tərəfindən alındığını, lakin sahibinin komada olması səbəbiylə rəsmiləşdirilmədiyini deyib.

İş adamı BakiPost.az-a göndərdiyi açıqlamada hüquqşünasın ittihamlarına cavab verib. Onun açıqlamasını olduğu kimi təqdim edirik:

\”Aslan İsmayılov yenidən öz ampluasındadır. Özünü vəkil, hüquqşünasdan daha çox böhtançı kimi aparır. Bir daha bildirirəm ki, dediklərinin böyük əksəriyyəti yalandır, təhrif olunmuş məlumatlardır. Bizim \”Emre Piliç” şirkətilə qarşılıqlı iddialarımız var, bunlara da ancaq və ancaq məhkəmədə aydınlıq gətirilə bilər. Aslan İsmayılov və ya başqa birinin KİV-də, sosial şəbəkələrdə apardığı qaralama kampaniyası ilə heç nəyə nail olmaq mümkün deyil. Onun hüquqa azca hörməti varsa, mübahisənin hüquqi həllini gözləməlidir. Amma biz görürük ki, bu adam ancaq şantaj, psixoloji terror yolunu tutub. Qəsdən hörmətli şəxslərin də adını bu işə qatmaqla, sırf maddi maraqlara söykənən məqsədini həyata keçirmək istəyir. Mən bir daha bəyan edirəm ki, \”Emre Piliç” şirkətinin azı 30 faizi ermənilərə məxsusdur, bu fakt mənə bəlli olandan sonra onlarla əməkdaşlığı dayandırmışam. A.İsmayılov isə yüzminlərlə hesablanan qonorar qarşılığında bu şirkətin yarısının ermənilərə məxsus olmasına əhəmiyyət vermədən onların müdafiəsinə qoşulub. Bu məsələ ictimailəşəndən sonra isə özünü itirərək, aqressiv şəkildə hər tərəfə, o cümlədən mənə hücum edir, böhtanlar atır.

KİV vasitəsilə bütün Azərbaycan xalqına yalan sırıyır. Deyir ki, guya sözügedən şirkətdəki cüzi erməni payını türklər alıb. Belədirsə, niyə ortaya sübutlar, sənədlər qoya bilmir? Deyir ermənilərdən biri komadadır, bəs digər erməni? Aslan İsmayılov onun adını niyə çəkmir? İnanmıram ki, bunu utandığından edir. Utansaydı müsahibədə deməzdi ki, məmnuniyyətlə xəstə erməninin hüquqlarını qorumağa hazırdır. Aslan İsmayılov gözünün içinə kimi yalan söyləyir ki, mən şirkətdə ermənilərin payçı olduğunu kiminləsə kirvə olduqdan sonra bilmişəm. Tam səmimi olaraq bildirirəm ki, mən bu barədə ilk məlumatı virtualaz.org və haqqin.az saytlarında dərc edilən araşdırma materialı vasitəsilə 2015-ci ildə əldə etmişəm. Bundan sonra, həmin istiqamətdə müəyyən araşdırma apardım və yazılanların doğruluğu üzə çıxdı. Təbii ki, elə reputasiyaya malik olan şirkətlə gələcəkdə əməkdaşlıq etməyim mümkünsüz idi. Bu səbəbdən də, əməkdaşlığa son qoydum. Bundan sonra onlar müəyyən öhdəliklərini yerinə yetirməkdən imtina etdilər. Bütün bu məsələlər bir daha deyirəm ki, məhkəmədə araşdırılmalıdır, sosial şəbəkələrdə yox”.

M.Həsənli Aslan İsmayılovun hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovla əlaqələrinin olduğu, onun vasitəsilə 3 nəfəri tutdurduğu haqda ittihamlarına münasibət bildirib: \”Əvvəla mənim kimlərləsə münasibətlərimin mətləbə nə dəxli var? İkincisi, ötən dəfə də dediyim kimi, kimlərisə MTN kartı üzərindən vurmaq, şantaj etmək cəhdləri artıq dəbdən düşüb, ucuz, primitiv gediş sayılır. Akif Çovdarov 1 ildən artıqdır ki, istintaq altındadır, artıq məhkəməsi gedir. Bu məhkəmənin gedişindən də göründüyü kimi, onun bütün qanunsuz əməlləri araşdırılıb, hüquqi qiymətini alır. Mən onunla belə yaxın idimsə, niyə bircə dəfə də istintaqda mənim adım keçməyib? Hər halda belə bir bağlantım olsaydı, məni də məsuliyyətə cəlb edərdilər. Ən azı çağırıb ifadəmi alardılar. Aslan İsmayılov heç olmasa bircə dəfə Akif Çovdarovla telefon əlaqəmi sübut etsin. Axı bu çox asan məsələdir. Kimlərinsə mənim əlimlə tutulduğunu Aslan İsmayılov sübut edə bilsə, mən bütün Azərbaycan xalqından üzr istəyəcəm. Edə bilməsə, demək şərəf və ləyaqətini itirən böhtançıdır. Mən artıq onu məhkəməyə də vermişəm. Gəlsin məhkəməyə, kişidirsə dediklərini sübut etsin! Həmin 3 nəfəri ortaya çıxarsın.

Aslan İsmayılov danışdıqca özünü ifşa edir. Sonra deyir ki, Akif Çovdarovun yaxınlarının toyları mənim restoranımda olub. Bilirsiniz ki, \”Xəmsə” çox tanınmış restorandır. Bir neçə zalı var. Orda elə olur ki, bir gündə 4 toy olur. Biz müştərilərimizə fərq qoymuruq. Qiymətlə razılaşırıqsa, gəlib toylarını edirlər. Ola bilsin ki, Çovdarovun və ya başqa nazirin də övladının toyu bizim restoranda olub. Bu, nəyi sübut edir? Tamamilə absurd bir yanaşmadır. Bilirsiniz ki, A.İsmayılovla Akif Çovdarov həmyerlidirlər. Özü də sizə müsahibəsində etiraf edib ki, bir-birilərini çox yaxşı tanıyırlar, dəfələrlə onu görüb. Harda görüb, nə məqsədlə görüşüblər, qoy bunları açıqlasın. Yoxsa ki, guya MTN bunu izləyirdi, biraz da gec ifşa olunsalar, tutacaqlardı, bunlar hamısı nağıldır.
İndi mən də bunları əsas tutaraq iddia edə bilərəm ki, Çovdarovla Aslan İsmayılov yaxın münasibətlərdə olublar”.

M.Həsənli deyir ki, A.İsmayılov özünü millətsevər, xalqı, dövləti düşünən biri kimi göstərir, amma bunlar sözdə belədir, əməldə tam əksidir: \”Elə sizə müsahibəsində deyir ki, etdikləri 99 faiz övladlarına, 1 faiz xalqa görədir. Bu necə xalqsevərlikdir? Bu etirafdan sonra gərək xalqın içinə çıxmağa üzü olmaya. Amma hələ utanmadan deyir Soros onu Amerikada oxudub ki, qayıdıb Azərbaycanın prezidenti olsun.

Tez-tez Sumqayıt hadisələrindəki \”qəhrəmanlığından” bəhs edib. İnsanların çoxu da inanıb. Araşdırdıqda məlum oldu ki, Aslan İsmayılov Sumqayıt hadisələri zamanı həbs edilənlərin məhkəməsində prokuror olub və həmin adamlara ən ağır cəzanı, hətta birinə gülələnmə istəyib. Bunun səbəbini belə izah edir ki, həmin adam erməni qadınına qarşı xüsusi vəhşilik edib. Mən əslən Qərbi Azərbaycanlıyam. Aslan İsmayılov bilməsə də, mən bilirəm ki, tarix boyu ermənilər bizim millətin başına hansı zülmləri açıblar. Zori Balayan kimi \”ziyalıların” tərbiyyəsi əsasında bəslənən erməni millətçiləri qız–gəlinlərimizin kürəyinə yanan samovar bağlayıblar. Hamilə qadınlarımızın qarnından körpəni çıxarıb məhv ediblər. Aslan İsmayılovdan soruşmaq istəyirəm: həmin vəhşiliklərə erməni prokurorları hansı cəzanı istəyib? Buna görə də, Aslana danışmamağı məsləhət görürəm. Danışdıqca özünü çox rəzil duruma salır”.

İnterpress.az