“Müxalifətin kadr potensialının yoxluğu və ya aşağı səviyyədə olması fikri ilə razılaşmıram”.
İnterpress.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib. Sədr müavininin sözlərinə görə, müxalifət ölkəni idarə etmək üçün yetərincə kadr potensailına malikdir və onun bu potensialı hakimiyyətdən nəinki zəifdir, əksinə üstündür:
“Müxalifətin ölkəni idarə etmək üçün yetərincə kadr potensialı mövcuddur. Hakimiyyətin mövcud durumuna nəzər saldıqda, hakimiyyət və müxalifətin kadr potensialını müqayisə etdikdə, görərik ki, müxalifətin kadr potensialı hakimiyyətin kadr potensialından qat-qat yüksəkdir. Müxalifət ölkəni idarə etmək üçün gərəkli kadr potensialına malikdir”.
İnterpress.az