Karlovun qətlinə görə 5 nəfər həbs edildi – 4-ü polisdirbackend

Karlovun qətlinə görə 5 nəfər həbs edildi – 4-ü polisdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Anadolu agentliyi İzmir şəhər prokurorluğuna istinadla məlumat yayıb. Bildirilir ki, həbs edilənlərin dördü səfiri qətlə yetirən Mövlut Altıntaşla birgə daxili işlər orqanlarında çalışmış şəxslərdir. Beşinci şəxs isə FETÖ təşkilatının fəalıdır. O, Altıntaşın təhsil aldığı İzmirdəki polis məktəbində bu təşkilatın tərəfdarı olan kursantlarla iş aparırdı.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən güllə ilə vurulmuşdu. Səfirə atəş açan polis işçisi Mövlut Altıntaş isə yerli təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerində öldürülmüşdü.

İnterpress.az