İnterpress.az-ın məlumatına görə, Tramp “Twitter” səhifəsində dünyada yetərincə problemin olduğunu diqqətə çatdıraraq bildirib ki, onun prezidentlik fəaliyyəti dövründə Rusiya ABŞ-a daha çox sayğı göstərəcək və iki ölkə bir sıra problemlərin həllinə birgə çalışacaq.
“Sadəcə axmaq insanlar Rusiya ilə yaxşı münasibət qurmağın pis olduğunu düşünə bilər”-deyə Tramp yazıb.
Qeyd edək ki, bu ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib. Tramp yanvarın 20-də prezidentlik fəaliyyətinə başlayacaq.
İnterpress.az