Hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü Məmmədov Hacıbaba Məmməd oğlu işdən evə qayıdan zaman onunla naməlum şəxs \”Azərbaycan qadını\” küçəsində əlbəyaxa mübahisə edib. Nəticədə H.Məmmədov 4 bıçaq zərbəsi alıb. H.Məmmədov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
İnterpress.az