Hadisə ötən gecə Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən \”Nənəmin Təndiri\” kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib.
Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman \”Makarov\” tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir. ( report.az )
İnterpress.az