İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarə reyslərinin təxirə salınması əlverişsiz hava şəraiti ilə əlaqədardır.
İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan 1 uçuş təxirə salınıb.
Uçuşların nə zaman bərpa olunacağı haqda məlumat verilməyib.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski AzVision.az-a bildirib ki, “Azərbaycan Hava Yolları” QSC-də uçuşu planlaşdırılan heç bir reys təxirə salınmayıb və uçuşlar qrafik üzrə həyata keçirilib. Onun sözlərinə görə, uçuşlarda heç bir problem yoxdur.
İnterpress.az