İnterpress.az xəbər verir ki, Apa-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü Fazil Qasımov sirkə turşusu içib. Təcilli olaraq xəstəxanaya çatdırılan F. Qasımovu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
İnterpress.az