İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində \”BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən \”İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə \”Nissan Qasqai” toqquşub.
Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.
İnterpress.az