İranın sabiq prezidenti bu gün dəfn edilirbackend

İranın sabiq prezidenti bu gün dəfn edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xatırladır ki, Haşimi Rəfsəncani yanvarın 8-də ürəyində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İranda Rəfsəncaninin vəfatı ilə əlaqədar 3 günlük matəm elan edilib. Dünən isə Tehranda sabiq prezidentlə vida mərasimi keçirilib. Mərasimdə İran prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər Onu da xatırladaq ki, Rəfsəncani 1979-cu il İslam inqilabında fəal iştirak edib və İranın ən nüfuzlu şəxslərindən biri sayılırdı. O, 1989-1997-ci illərdə İrana rəhbərlik edib, nüvə proqramının əsasının qoyulmasında mühüm rol oynayıb.

İnterpress.az