İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Ali Məhkəmə parlamentdə Nikolas Maduronun istefasına dair keçirilən səsvermənin qanunsuz olduğuna dair qərar çıxarıb.
“Ali Məhkəmə bir daha xatırladır ki, qanunverici orqanın ölkə Konstitusiyasının çərçivəsindən kənara çıxan qərarlar qəbul etməyə səlahiyyəti yoxdur”, məlumatda vurğulanıb.
Qeyd edək ki, Venesuela parlamenti prezident Nikolas Maduronu səlahiyyətlərini icra etmədiyinə görə postunu tərk etdiyini bildirib. Qərarın lehinə 106 deputat səs verib.
İnterpress.az