“Bu cür sorğuları etibarlı saymıram”backend

“Bu cür sorğuları etibarlı saymıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Sherg.az-a Modern.az saytının \”Ən çox tamaşaçısı olan veriliş hansıdır?” mövzusunda apardığı sorğunun nəticələrinə münasibət bildirərkən, BDU-nun professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli deyib.

O qeyd edib ki, belə sorğuların nə məqsədlə, kimlər arasında və hansı metodla keçirilməsi vacib məsələdir:

\”Doğrudanmı, bu sorğular reallığı aşkara çıxartmaq üçün, obyektiv şəkildə keçirilir? Məsələn, intellektual təbəqə arasında sorğu keçirilsə, onlar intellektual, öyrədici proqramların tərəfdarı olacaqlar. Evdar qadınlar arasında aparılsa, əksəriyyəti deyəcək ki, biz əyləncəli, şou-proqramlara baxmaq istəyirik. Lakin qarışıq auditoriyada, düzgün metodika seçməklə bu məlumatları dəqiq aşkara çıxarmaq mümkündür. Bu cür sorğuları etibarlı hesab etmirəm. İnsanlar yaxşı layihələri görmək istəyir, onun içərisində əyləncəli şou da, müzakirə və ya öyrədici, maarifləndirici proqram da ola bilər. Yəni palitra, rənglər müxtəlifdir. Doğrudan da televiziyaların mənafeyinə, yürüdülən televiziya siyasətinin bəraətinə çalışırıqsa, bu formada sorğulara ehtiyac yoxdur. Reallığı üzə çıxartmaq üçün yanaşma tamam fərqli, obyektiv olmalıdır”.

Qeyd edək ki, modern.az saytı \”Ən çox tamaşaçısı olan veriliş hansıdır?” sualı altında sorğu keçirib. Sıralamanın ilk üç pilləsində \”Səni axtarıram” (Xoşqədəm Hidayətqızı, \”Xəzər” TV), \”Bizimləsən” (Zaur Baxşəliyev, ATV), \”Sevimli mahnı” (Mikayıl Güləddinoğlu, \”Space” TV) kimi şou-proqramlar yer alıb.

İnterpress.az