İnterpress.az “Newsru”–ya istinadən bildirir ki, bu gündən İsrailin ərəb sektorunda Kalanusa şəhərində ərəblərə məxsus evlərin dağıdılmasına etiraz olaraq aksiyaları başlayıb.
Keçirilən tətilə görə Kalanusa şəhərində məktəblər, bələdiyyə və bir çox dövlət orqanlarında iş dayandırılıb. Günün ikinci yarısında söküntüdən əziyyət çəkmiş ailələrə dəstək olmaq üçün kütləvi aksiyalar keçirilməsi gözlənilir.
Qeyd edək ki, İsrailin Kalanusra şəhərində 21,5 min əhali yaşayır və onların böyük əksəriyyəti müsəlman ərəbdir.
İnterpress.az