İnterpress.az “Newsru”-ya istinadən bildirir ki, Tehranda İranın sabiq prezidenti Əli Əkbər Xaşemi Rəfsəncanini son mənzilə yola salan tərəfdarları İranın Suriya müharibəsində iştirakı və Rusiyaya qarşı lozunqlar söyləyib.
Əhali suriyalıların əzablarının günahkarı kimi Amerika və Rusiyaya ölüm arzulayıb və İranı bu müharibədən əl çəkməsini tələb edib.
Portalın verdiyi xəbərə görə əhalinin səsi o qədər qüvvətli olub ki, canlı yayım edən yerli kanallar canlı səsi kəsib.
İnterpress.az