“Zəngəzuru da, İrəvanı da belə uduzmuşuq…”backend

“Zəngəzuru da, İrəvanı da belə uduzmuşuq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, xalq şairi Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında Qarabağ problemi və bu problemin mümkün qədər qısa zamanda həll edilməsi zərurəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Vaxtiylə Qarabağda yaşayan, onu görən, sevən nəsillərin tədricən öz dünyasını dəyişdiyini vurğulayan S.Rüstəmxanlı, digər tarixi Azərbaycan torpaqlarının da məhz eyni səbəblə itirildiyinə, unudulduğuna diqqət çəkdi:
“Zaman gedir, nəsillər dəyişir, Qarabağdan çıxan, vaxtiylə orada yaşayan insanlar ölüb gedirlər. Tamamilə yeni, Qarabağ haqqında təsəvvürü olmayan nəsillər gəlir. Biz Zəngəzuru da, İrəvanı da, Göyçə mahalını da bu cür uduzmuşuq. Bu köhnə, dırnaqarası təcrübə nəzərə alınarsa, Azərbaycan Qarabağla bağlı yaranmış vəziyyətlə barışa bilməz. Qarabağın azad edilməsi istiqamətində qətiyyətli addımlar atılmalıdır.
Bu, vətən savaşıdır, torpaq məsələsidir. Udasan, uduzasan, nə necə olacaq, kimin arxasında hansı qüvvələr dayanıb – bütün bunlara baxmayaraq, mübarizə aparılmalıdır. Millət öz torpağını kimsəyə peşkəş edə bilməz”.

İnterpress.az