Mehman cəriməni 1 kisə qəpiklə ödəyəcəkbackend

Mehman cəriməni 1 kisə qəpiklə ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə axşam saatlarında yoxa çıxan gənc bloger Mehman Hüseynov polisə müqavimətə görə ona təyin edilən cəzanı ödəmək qərarına gəlib. Bu barədə o öz \”Facebook\” səhifəsində məlumat verib.

\”Məhkəmədən çıxan kimi bildirdim ki, o pulu verən deyiləm, 200 manatı gedib kasıb, imkanı olmayan insanlara və ya uşaq evinə verərəm. Amma dostlar ürəyim dözmədi, mən yenə də insanlıq eləmək istəyirəm.

Sadəcə bir problem var, onlar o 200 manat pulu kağızla yox, 1 kisə dolu 1-3 qəpikliklə alacaqlar. 1 qəpiklə hesablasaq 200 manat 20 000 qəpik edir. Bir az vaxt aparacaq, çətin olacaq amma bunu edəcəm\”.

Bloger bu gündən 1,3 və 5 qəpiklik toplamaq üçün aksiyaya başladığını elan edib. \”Bunun üçün heç nə etmək lazım deyil. Evdən çıxarkən hər bir kəs cibinə o qəpiklərdən qoysun. Mən onsuzda çöl adamıyam, çəkilişlərə ora-bura gedirəm, bütün Bakını, rayonları gəzirəm. Məni harada görsəniz qəpiklərinizi verin\”.

İnterpress.az