Azərbaycanın ən yaxşı işləyən dövlət qurumlarından biri də Dini Məsələlər Üzrə Dövlət Komitəsidir. Dəyərli ziyalımız, təcrübəli siyasətçi Mübariz Qurbanlının komitəyə rəhbər gəldiyi gündən komitə daha da güclənib və dövlət maraqlarının qorunması ön plana keçib.
Bizim də vətəndaş olaraq, borcumuz dövləti gördüyümüz təhlükələrlə bağlı xəbərdar etməkdir. Bu səbəbdən də hesab edirəm ki, Mustafa İslamoğlu ilə bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə müfəssəl məlumat verilsə, bir kitabla bağlı verilən icazənin gələcəkdə daha böyük problemlərə yol açacağını onlar da görəcək və qarşısını alacaqlar. Xüsusilə, FETÖ-yə qarşı cənab prezidentimiz başda olmaqla Azərbaycanın mübarizəsindən sonra yaranan missioner boşluğunu Türkiyədə fəaliyyət göstərən Mustafa İslamoğlu kimi digər ‘hoca’lar doldurmaq istəyirlər.
Həmçinin qeyd etməliyəm ki, Elşad Mirinin savadına, dünya görüşünə sözüm yoxdur. Ancaq heç vaxt tənqidi sevmir və ara sıra \”xarici hocaları \” Azərbaycanda “Raskrutka’\’ etməyə çalışır. Bu barədə yazdığım şərhi isə silərək, əslində necə demokrat olduğunu da ortaya qoydu.
P.S – Yenə də dostlar və \”dostlar\” ‘‘inbox’’a yazacaqlar Toğrul sənə lazımdır ? Niyə özünə aid olmayan işlərə baş qoşub, özünə problem yaradırsan? Əziz dostlar, yanılırsız belələri ilə mübarizə aparmasaq, dövlətimizin yanında olmasaq bunlar bizim gələcəyimizi məhf edəcəklər dini milli ədavət salacaqlar bizdən öncə babalarımız belələrinə qarşı çıxdı bu gün biz sabah isə övladlarımız bunlara qarşı mübarizə aparaqcaq UNUTMAYAQ ki, bu vətən bizlərə Şah İsmayılın, Ulu Öndər Heydər Əliyevin əmanətidir. Bizim borcumuz isə Ali Baş Komandanımız, Dünya Azərbaycanlılarının Lideri İlham Əliyevin ətrafında sıx birləşib xarici və daxili düşmənlərə qarşı mübarizə aparmaq və zəfər qazanmaqdır!