İnterpress.az xəbər verir ki, portuqaliyalı müdafiəçi Madrid klubunun 1 illik müqavilənin müddətini uzatmaq təklifini qəbul edib.
\”Real\”da qalmaq istəyən Pepe bu səbəbdən Çin klublarının birindən gələn 20 milyon avroliq təklifi rədd edib.
33 yaşlı müdafiəçinin DÇ-2018-in final mərhələsi öncəsi Portuqaliya millisinin Fernandu Santuşun onu yaxşı izləməsi üçün Madrid klubunda qalmağa razılıq verdiyi iddia edilir.
Qeyd edək ki, bundan əvvəl Pepenin \”Real\”la 2 illik müqavilə imzalamaq istədiyi bildirilirdi. Madrid klubu isə onunla müqavilənin müddətini 1 il uzatmağı düşündüyü üçün tərəflər arasında razılıq əldə olunmurdu. (qol.az)
İnterpress.az