İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Barak Obama kubalı miqrantların ABŞ-da yaşam hüquqlarını tanıyan “ quru ayaq-yaş ayaq” qanunu ləğv edib. Bu qanun ABŞ –da 22 ildir ki qüvvədədir. xatırladaq ki, Kuba rəhbərliyi adı çəkilən qanunun ləğvi üçün çox çalışmışdı. Eyni zamanda Obama “Kuba üçün tibbi amnistiya”-nı ləğv edib. Bu qanuna uyğun üçüncü ölkədə çalışan kubalı tibb işçisi sadələşmiş şəkildə ABŞ vizası ala bilirdi.
Qeyd edək ki, “Quru ayaq- yaş ayaq” qanununa əsasən \”quruda\” tutulan kubalı miqrant ABŞ-da qalma hüququna malik idi, lakin dənizdə tutulan miqrantlar yenidən ölkələrinə göndərilirdi.
İnterpress.az