Onların hər ikisi rayonun Əyyublu kəndinin sakinləridir.
1998-ci il təvəllüdlü Sarıyeva Günel Arzu qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. O, Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Analoji hadisə 1996-cı il təvəllüdlü Musayeva Xəyalə Arzuman qızının yaşadığı evdə də baş verib. X. Musayeva da xəstəxanaya yerləşdirilib.
Hər ikisinin vəziyyətinin normal olduğu bildirilir. ( apa )
İnterpress.az