Trampın rəsmi nümayəndəsi bunun tamamilə yalan olduğunu deyib.
İslandiyanın Xarici İşlər Nazirliyi xəbəri şərh edərək bildirib ki, sammitin təşkil edilməsi ilə bağlı heç bir təklif qəbul etməyiblər:
“Əgər belə bir sorğu daxil olsa, biz bunu müsbət qarşılayacağıq. Bunu ABŞ və Rusiya arasında münasibətlərin yaxşılaşmasında göstərə biləcəyimiz təşəbbüs kimi qəbul edəcəyik.” – nazirlik belə şərh edib.
Daha əvvəl Sunday Times qəzeti məlumat yayıb ki, Tramp vəzifəsinin icrasına başladıqdan sonra, ilk xarici səfəri kimi Reykyavik Putinlə görüş planlaşdırır.
İnterpress.az