İnterpress.az-ın məlumatına görə, bunu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Anakarada keçirilən \”Xocalı soyqırımı\” adlı konfransda deyib.
Türkiyə prezidentinin müşaviri qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi bütün İslam dünyasının, 1 milyard 700 milyon müsəlmanın gündəliyində olmalıdır: \”Dağlıq Qarabağın işğalı yalnız Azərbaycanın problemi deyil. Bu problem Ər-Riyad, Kosovo, Qahirə və digər paytaxtlar üçün də aktualdır\”.
Onun sözlərinə görə, Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsi faktını sübut edən 5 minə qədər yazılı sənədlər və videosübutlar var: \”Parlament 1992-ci il fevralın 26-da bütün dünya ictimaiyyətinin gözü qarşısında Xocalıda törədilən cinayətləri soyqırımı elan etməlidir\”.
İnterpress.az