İsveçdə qaçqınlar sığınacağında yanğınbackend

İsveçdə qaçqınlar sığınacağında yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə polis məlumat yayıb.

Xəbərdə bildirilir ki, yanğın üçüncü mərtəbədə başlayıb. Hadisə zamanı iki nəfər tüstüdən boğulmamaq üçün pəncərədən tullanıb. Nəticədə onların hər ikisi xəsarət alıb.

Polisin məlumatına görə, daha 10-20 nəfər tüstüdən zərər çəkib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbləri barədə dəqiq məlumatlı deyil.
Yanğının qarşısı alınıb.

İnterpress.az