İnterpress.az-ın məlumatına görə, Kentucky ştatında çıxan Courier-Journal qəzeti yazır ki, 44 yaşlı Məhəmməd Əli və onun anası, mərhum boksçunun ikinci arvadı Khalilah Camacho-Ali Fort Lauderdale-Hollywood beynəlxalq hava limanına Yamayakadan gəlmişdilər.
Xəbər verilir ki, hava limanının rəsmiləri cənab Əlidən dəfələrlə adının niyə belə olduğunu soruşublar.
\”Siz müsəlmansınızmı?\” – deyə soruşurdular miqrasiya rəsmiləri, qəzet yazır.
Bu da xəbər verilir ki, cənab Əlinin müsəlman olduğu təsdiqlənəndən sonra da onun sorğu-sualı davam edib.
Boksçunun oğlu Philadelphia-da doğulub və ABŞ vətəndaşıdır.
ABŞ Gömrük və Sərhəd xidməti \”ayrı-ayrı şəxslər\” barədə şərh vermədiyini söyləyib. (bbc)
İnterpress.az