Əflatun Amaşov Zabilin vəfatından yazdıbackend

Əflatun Amaşov Zabilin vəfatından yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri MŞ sədri Əflatun Amaşov tanınmış jurnalist Zabil Müqabiloğlunun vəfatı haqda Feysbuk səhifəsində yazıb. O, Zabil Müqabiloğlunun azad insan olduğunu bildirib:

“Müalicə üçün İranda olarkən telefonla söhbətləşdik. İlk dəfə səhhəti pisləşəndə xəstəxanaya baş çəkməyə də getmişdim. Xəstəliyinin bənizinə gətirdiyi solğun görkəmdə bir yaşamaq istəyi duydum. Ağrısız-acısız, sərhədləri olmayan, çərçivələnməyən, məhdudiyyətsiz yaşamaq istəyi. O, azad insan idi.

Artıq Zabil haqq dünyasındadır. Ruhunun azadlığını tapdığı yerdə. Ağrımıza, acımıza təsəllimiz də yalnız budur. Təəssüf ki, budur.

Doğmalarına, əzizlərinə, daim təəssübünü çəkdiyi, ona qayğısını əsirgəməyən həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”

Qeyd edək ki, tanınmış jurnalist Zabil Müqabiloğlu dünən gecə saatlarında vəfat edib.

İnterpress.az