İnterpress.az bildirir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımov idarə etdiyi \”VAZ-2107\” markalı avtomobillə Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub.
Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər – Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.
İnterpress.az