Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində bu gün fevralın 28– də dənizin “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb.
Tapılan meyitin, \”Azneft\” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
İnterpress.az