İnterpress.az xəbər verir ki, Kikboksinq Federasiyasının prezidenti, parlamentin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin üzvü, millət vəkili Adil Əliyev qeyd edib: \”Bizi turnirdə tək qoymayıb, dəstəkləyən bütün dostlara,qardaşlarımıza, QHT nümayəndələrinə, media və başqa sahəni təmsil edən şəxslərə öz minnətdarlığımı bildirirəm. İdmançılarımızın qələbə qazanmasında Sizlərin böyük dəstəyi hiss olunurdu. Nə yaxşı ki,sizlər varsınız. Unutmayaq ki, hamımızı bir tale və alın yazısı birləşdirir: “O DA GÜCLÜ AZƏRBAYCANA XİDMƏT ETMƏKDİR”. Demək ki,yola davam edəcəyik. Sizlərlə fəxr edirəm!
Tanrı Sizləri qorusun!\”
İnterpress.az