İnterpress.az-ın apasport.az-a istinadən məlumatına görə, yarışın son günündə 5 azərbaycan idmançısı tatami üzərinə çıxacaq.
Kişilər
90 kq
Əbdülhəqq Rəsullu yarışa 1/16 final mərhələsindən start verəcək. Cüdoçumuzun ilk rəqibi Peter Jilka olacaq. Əbdülhəqq bu sınağı keçə bilsə, 1/8 finalda iranlı Hamed Rəşidi ilə mübarizə aparacaq.
Bu çəkidə yarışan digər təmsilçimiz Firudin Dadaşov isə turnirə 1/8 finaldan başlayacaq. O, ilk olaraq rusiyalı Mixail İqolnikovu yolundan kənarlaşdırmalıdır.
100 kq
Zəlim Kotsoyev Qran-Priyə 1/8 finaldan gürcü idmançı Laşa Taveluri ilə başlayacaq.
Cəlil Şükürov isə ilk görüşünü 1/16 finalda keçirəcək. Onun rəqibi slovakiyalı Mety Hajas olacaq.
Qadınlar
78 kq
Qadınların yarışındakı son təmsilçimiz Günel Həsənli tunirə 1/16 finaldan start verəcək. Onun ilk rəqibi rusiyalı Aleksandra Babinçeva olacaq. Mərhələnin keçilməsi halında Günel 1/8 finalda fransız Madelin Malonyanı sınağa çəkəcək.
İnterpress.az