Bakıda avtobus qəzası – Yaralılar varbackend

Bakıda avtobus qəzası – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb.

Məlumata görə, 211 saylı “Daewoo” sərnişin avtobusu “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. ( report.az )

İnterpress.az