İnterpress.az-ın məlumata görə, bunu NATO-nun Avropa və Afrika üzrə Hərbi Dəniz Qüvvələrinin komandanı Mişel Hovard deyib. “Biz heç SSRİ vaxtında müşahidə etmədiyimiz fəallığı görürük. Bu bənzərsiz bir fəaliyyətdir”, – dedyə o, söyləyib.
M. Hovard “Admiral Kuznetsov” aviadaşıyıcısının Aralıq dənizində yerləşdirilməsini, Rusiya tərəfindən Atlantik və Arktik regionlarının şimalında patrul faəliyyətinin aparılmasını, Qara dənizdə sualtı qayıqların fəallığını və onların plandan kənar yerləşdirilməsini qeyd edib.
Admiral M. Hovardın fikrincə, Rusiya donanmasının fəallığı kiberhücumların artdığı və Rusiya təyyarələrinin ABŞ və NATO-nun digər üzvlərinin təyyarələri ilə “qeyri-peşəkar yaxınlaşma\” halları fonunda baş verib. (apa)
İnterpress.az